Yuxarı

Ölkəmizə daha 40 milyard dollar gəlir...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox az adam düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. Qısa olaraq Əsrin Müqaviləsinə nəzər salaq. Müqavilənin operatoru kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilslər 34.1 faiz paya sahib ola bilmişdilər. Qalan paylar digər iştirakçı şirkətlər arasında bölüşdürülmüşdü: Şevron-Texaso (10.2%), Lukoil (10%), ARDNŞ (10%), Statoil (8.6%), Ekson Mobil (8%), TPAO (6.8%), Devon Energi (5.6%), İtoçu (3.9%), Amerada Hess (2.7%).

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov Əsrin Müqaviləsinin imzalanmasının 27-ci ildönümü haqda danışarkən deyib.

O qeyd edib ki, dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladı:

“Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilmişdi və 6.5 milyard barreldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı. Müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılmışdı. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barrel neft ixrac edilməyə başlanılmışdı ki, bunun da 131 min barreli “Çıraq”, qalanı isə “Azəri” yatağından hasil edilmişdi. Yeni əsrdən isə Azərbaycan “Bakı-Tiflis-Ceyhan” neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon barreldən çox artırmağa nail olmuşdu. Əsrin Müqaviləsi sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi”.

V.Bayramovun sözlərinə görə, Əsrin Müqaviləsi həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir:

“İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdi. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tankeri dünya bazarlarına çıxarıldı.

Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır”.

İqtisatçı Əsrin Müqaviləsinin ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdiyini qeyd edib:

“Əsrin Müqaviləsinin davamı və onun yaratdığı imkanlar kontekstində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının stabil şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatı formalaşdırmaqdadır.

“Yeni əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda neft sektoruna yardımçı sahələrin inkişafını stimullaşdıran bir amildir”.

Tarix
2021.09.20 / 13:32
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla