Yuxarı

Xırda bankların bağlanması nə vəd edir? - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hər min nəfərin 1273 ədəd kredit və əmanət hesabı var.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Ekspert bildirib ki, bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat təşkil edir:

"Əgər Mərkəzi Bank qısa müddətli dövrdə pul-kredit siyasətini tənzimləməsə, bankların mövcud problemləri ciddi sosial fəsadlar və iqtisadi çətinliklər yarada bilər. Bank-müştəri münasibətlərində gərginliyin getdikcə artması, qeyri-qənaətbəxş və təhlükəli kreditlərin həcminin çoxalması, əmanətlərin azalması və sürətlə dollarlaşması, bank sektorunun aktivlərinin azalması və xarici borcunun qalıq məbləğinin cəmi öhdəliklərdə payının yüksəlməsi və digər neqativ tendensiyalar Mərkəzi Bankdan ciddi və təxirəsalınmaz qərarların qəbulunu tələb edir".

Statistika haqqında məlumat verən ekspert qeyd edib ki, bankların bağlanması və ya muflis olması ciddi sosial katalikizmlərə gətirib çıxara bilər:

"Statistik məlumatlara görə, 2013-cü ildə əhalinin yetkinlik yaşına çatmış hər 1000 nəfərinin 1,244 ədəd, 2014-cü ildə 1259, 2015-ci ilin I-ci rübün sonuna 1273 ədəd kredit və əmanət hesabı olub. Bu o deməkdir ki, hər bir Azərbaycan əhalisi bu və digər formada banklarla təmasdadır. Odur ki, bankların bağlanması və ya muflis olması ciddi sosial katalikizmlərə gətirib çıxara bilər. Bəzi bankların problemi yalnız daxildə müştərilərlə deyil, həm də xaricdəki maliyyə institutları arasında da müşahidə olunur. Belə ki, 31 mart 2015-ci il tarixinə Azərbaycan bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat və ya cəmi öhdəliklərin 22%-ni təşkil edib. Manatın devalvasiyasından sonra bankların xarici valyutalarla götürülən öhdəliklərini yerinə yetirməsində qarşılaşdığı çətinliklər onların maliyyə durumunu getdikcə pisləşdirməkdədir".

Tarix
2015.07.29 / 10:36
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla