Yuxarı

Yaşmada külək elektrik stansiyasının təməli qoyulacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşmada külək elektrik stansiyasının təməli qoyulacaq

Bu ay Xızı rayonunun Yaşma qəsəbəsində Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin inşa edəcəyi 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu “Asharq Al-Awsat” nəşrinə müsahibəsində energetika naziri Pərviz Şahbazov deyib.

“Biz stansiyanın istifadəyə verilməsini birlikdə qeyd etmək üçün Səudiyyə Ərəbistanından Azərbaycana nümayəndə heyətinin səfər edəcəyini gözləyirik. Həmin nümayəndə heyəti ilə həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etməyi planlaşdırırıq. Ümumiyyətlə, bu səfər rəsmi Bakı ilə Ər-Riyad arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün yeni imkanları müzakirə etməyə şərait yaradacaq", - o qeyd edib.

2020-ci ilin dekabrında Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqısı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsinin imzalanma mərasimi keçirilib. Energetika Nazirliyi adından nazir Pərviz Şahbazov, “Azərenerji” adından qurumun prezidenti Baba Rzayev və “ACWA Power” şirkətinin rəhbəri Mohammad Abunayyan sənədə imza atıb.

Tarix
2021.11.11 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla