Axar.az
Yuxarı

Yeni 20 manatlıq əsginaslar tədavülə buraxılır - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il fevralın 10-dan Azərbaycanda yenilənmiş 20 manatlıq əsginaslar tədavülə buraxılacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Qarabağ” mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Pul nişanlarında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

AMB eyni zamanda 20 qəpiklik metal pul nişanının dizaynını yeniləyərək tədavülə buraxıb. Belə ki, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunub. Yenilənmiş 20 qəpiklik pul nişanının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb.

Yenilənmiş 20 manatlıq kağız pul nişanı və 20 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Tarix
2021.12.08 / 18:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ARDNF-in aktivləri 45 milyard dolları keçdi

Liviyada minlərlə insan gizli obyektlərdə saxlanılır - BMT

Kapital Bank 2021-ci ilin nəticələrini elan edib

Neft 2014-dən sonra ilk dəfə bu qiymətə qalxdı

Bu enerji dövlət büdcəsinə nə dərəcədə təsir göstərəcək?

Qlobal iqtisadiyyatda yaşanan inflyasiyadan çıxış yolları

Manat tam üzən məzənnəyə keçir? – Əhmədov açıqladı

Bank istifadəçiləri ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilər

Neft həftəyə bu qiymətlə başladı

Tərtərdə qanunsuz ov edənlər saxlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla