Yuxarı

Rubl niyə bahalaşır? – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün hallarda dünya bazarında stabilləşmə rublun məzənnəsinə də pozitiv təsir göstərəcək.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov son günlər rublun məzənnəsində müşahidə edilən dəyişiklikləri dəyərləndirərkən deyib.

Ekspert rus valyutasına kənardan üç istiqamətdə təsirlərin olduğunu söyləyib:

"Rubl ətrafında baş verən müsbət dəyişikliklərdə neftin dünya bazarındakı qiymətinin rolu olduqca əhəmiyyətlidir. Çünki rubla kənardan bir sıra iqtisadi təsirlərlə yanaşı, psixoloji təsirlər var. Adətən neftin bahalaşması Rusiyada dollar təklifinin artmasına və rublun möhkəmlənməsinə gətirib çıxarır. Eləcə də rublun məzənnəsinin dəyişməsində spekulyativ faktorlar da rol oynayır. Bəzən iri şirkətlər və investorlar rublla yumşaq desək, oynamaqla gəlir əldə etməyə çalışırlar. Bu addım məzənnənin süni şəkildə aşağı salınması ilə dollar kütləsinin bazarda satışına hesablanır. Tənzimlənən, üzən valyuta rejimi olmasına baxmayaraq, praktik olaraq rublun məzənnəsi daha çox dalğavarı dəyişir. Hazırda da bu dalğavari dəyişiklik müşahidə edilir".

İqtisadçının sözlərinə görə, rublun bahalaşmasının davamlı olması neftin dünya bazarındakı qiymətindən və dolların mövqeyindən asılı olacaq:

"Çünki dolların avroya nisbətən zəifləməsi də rubla təsir göstərərək valyutanı möhkəmləndirir. Mərkəzi Bank spekulyativ təsir və müdaxilələri aradan qaldırarsa, o zaman neftin qiymətinin bahalaşması fonunda rublda psixoloji təsirlərin fonunda yüksəliş ola bilər. Ancaq həmin faktorlar bazarda qaldıqca, bu məzənnənin dalğavari dəyişməsinə səbəb olacaq. Ona görə də hələlik rublla bağlı orta və qısamüddətli dövrü proqnozlaşdırmaq çətindir".

Qeyd edək ki, Moskva birjasında dollar 2,8 rubl ucuzlaşaraq 66,1 rubla düşüb. Avronun məzənnəsi isə 3,573 rubl enib və hazırda bir avro 74,34 rubla dəyişdirilir.

Tarix
2015.08.29 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla