Yuxarı

“Türk axını” niyə dalana dirəndi? – Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya hadisələri enerji layihələrini, onlar nə qədər vacib və qaçılmaz olsalar da, bir qədər geriyə atıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, hazırda Avropa da miqrant problemləri ilə üzləşdiyindən daha çox cari məsələlərlə məşğul olur.

"Qaz anlaşmasında boşluq yaranıb. Lakin bu vəziyyət daim belə qala bilməz. Çünki enerji məsələləri də böyük və gərgin geosiyasi oyunda iştirak edən subyektlərin mövqelərini tənzimləyir. Ankara ilə Moskva arasında gedən iqtisadi raundda vəziyyət hələ Suriya hadisələrinə qədər qəlizləşmişdi. Tərəflər imtiyazlar uğrunda qeydə alınmış gərginlikdə mövqe çəkişmələrinə qol qoydular ki, təşəbbüsü ələ keçirsinlər. Türkiyə 10,25 faizlik güzəşt məsələsini kəskin şəkildə gündəmə gətirdikdən sonra Moskva bir qədər əl saxlamalı oldu. İndi situasiya ölü nöqtəyə dirənib. Ola bilsin ki, tərəflər həmin razılaşmadan imtina etsinlər", - deyə analitik bildirib.

T.Abbasov deyib ki, Rusiya-Türkiyə iqtisadi anlaşmasında durğunluq hökm sürür:

"Rusiya Ukrayna marşrutunu qüvvədə saxlamağa meyillidir. Digər tərəfdən, şimalda Moskva daha bir xətti Almaniyaya ötürmək istəyir. Nəhayət, Çin variantı da Kremli daha çox maraqlandırır. Nəzərə alınsa ki, Rusiyanın ixraca hesablanmış qaz ehtiyatları bir o qədər də çox deyil, o zaman Türkiyə axını gündəmi tərk edə bilər. Nəhayət, Ankara da qiymət güzəştinə nail olmağı israrla tələb etdi və bu məqam Moskvanı bir qədər sarsıtdı. Odur ki, hazırda Rusiya-Türkiyə iqtisadi qarşılaşmasında durğun vəziyyət hökm sürür. Çox güman ki, Türkiyədə seçkilər keçiridikdən, yeni hökumət formalaşdırdan sonra bu istiqamətdə hərəkətlənmə olacaq. O zamana qədər Suriya böhranında da dəyişikliklərin baş verəcəyi təxmin edilir".

Tarix
2015.10.06 / 08:15
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Prezidentin Slovakiyanın baş naziri ilə görüşü başladı

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla