Yuxarı

Azərbaycan şirkətləri niyə Rusiya bazarına girmir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan şirkətləri niyə Rusiya bazarına girmir?

Rusiya bazarında iştirak edənlər üçün hazırda müəyyən problemlər yaradılır. Məsələn, həmin şirkətlər ABŞ və AB-nin dolayı sanksiyalar, pul köçürmələri, investisiyalarla bağlı təhdidləri altındadır. Bütün bunlara görə şirkətlər ehtiyatlı davranmağa məcburdur. Azərbaycan şirkətləri də məhz buna görə Rusiya bazarına birbaşa daxil olmur.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan şirkətlərinin boşalan Rusiya bazarını girmək fürsətini dəyərləndirməməsi haqda danışarkən deyib.

“Qərb və ABŞ şirkətlərinin Rusiyanı tərk etməsindən sonra Çin, Türkiyə, bəzi Asiya və Latın Amerikası ölkələri şirkətləri bu bazara üz tutub. Azərbaycan şirkətlərinin belə marağı haqda hələ məlumat yoxdur. Biz hələ ki, Rusiya bazarına ənənəvi qaydada kənd təsərüffatı məhsulları satmaqla məşğuluq.

Ancaq Azərbaycan şirkətləri Rusiya ilə digər ölkələr vasitəsilə əlaqə qurmaqda maraqlı ola bilər. Məsələn, Qazaxıstan üzərindən. Çünki son zamanlar Azərbaycan hər iki ölkə ilə əməkdaşlığı genişləndirib. Həm də Qazaxıstan və Qırğızıstan Rusiya ilə birgə Gömrük İttifaqının üzvüdürlər. Yəni bu ölkələrdə fəaliyyət göstərən şirkətlər gömrük rüsumu ödəmədən belə Rusiya bazarına çıxa bilərlər. Ola bilər ki, gələcəkdə Azərbaycan şirkətləri də bu yolla mövqe tutaraq qazanmağa çalışsınlar”, - ekspert vurğulayıb.

Tarix
2022.10.15 / 08:30
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla