Yuxarı

İran bankının Bakı filialı buna görə bağlandı - İqtisadçı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran bankının Bakı filialı buna görə bağlandı - İqtisadçı

İran Milli Bankının Bakı filialı ilə bağlı qəbul edilmiş qərar birbaşa bank müştərilərinin əziyyət çəkməməsi və öz pullarını geri götürməsi imkanlarının yaradılmasına görədir.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov adıçəkilən bankda əməliyyatların dayandırılması ilə bağlı məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın bu bankda yoxlama aparması və hər hansı qərar verməsi vətəndaşların hüququnun qorunması baxımından əhəmiyyət daşıyır:

“Mərkəzi Bank hər hansı bankın lisenziyasının ləğvi və fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul etmək hüququna malikdir. Çalışır ki, İran Milli Bankının Bakı filialında hesabı olan vətəndaşlarımızın vəsaitlərini geri götürməkdə problemi olmasın. Bank kredit vermir və ya digər əməliyyatları həyata keçirmir. Nəzərə almaq lazımdır ki, İrana qarşı sanksiyalar var və bu sanksiyalar hər keçən gün genişlənir. Düşünürəm ki, İran Milli Bankı ilə bağlı qəbul edilmiş qərar mövcud çağırışlara uyğundur. Həm də bankın aktivləri də kifayət qədər aşağıdır. Bu aktivlərin aşağı olmasının riskyaradıcı effektləri kifayət qədər böyüyüb. Ona görə də Mərkəzi Bank çalışır ki, prosesi nəzarətə götürsün”.

Tarix
2023.05.27 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla