Yuxarı

SOCAR Tiflisə cavab verdi: “Lazım olan qazı...”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR Tiflisə cavab verdi: “Lazım olan qazı...”

Gürcüstanın təbii qaza olan tələbatı orta templə artır və qabaqcadan onu proqnozlaşdırmaq mümkün olur.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov söyləyib. Onun sözlərinə görə, Gürcüstan lazım olan qazı zamanında alır:

"Artım illik 8-9% nəzərdə tutulur. Əgər hansısa radikal dəyişikliklər olsa, biz bunun haqqında qabaqcadan xəbərdarlıq edirik. Gürcüstan qazı nəzərdə tutulan plan üzrə alır. Bizim Gürcüstana qaz ötürən iki qaz kəmərimiz var və onlar tam yüklənmiş halda işləyirlər. Qışda təbii qaza tələb daha çox olur, amma bizim resurslarımız kifayət qədərdir və ona görə də müntəzəm olaraq təchizatı artırırıq".

Qeyd edək ki, Mahir Məmmədovun bu gün Gürcüstanın Energetika naziri Kaxa Kaladze ilə görüşü planlaşdırılıb.

Bir müddət öncə Gürcüstanın Energetika naziri Kaxa Kaladze "Qazprom" nümayəndələri ilə Sürixdə gizli görüşüb. Tərəflərin razılığına əsasən Azərbaycanın Gürcüstana satdığı qazın 50%-ni rus qazı əvəz etməlidir. Rəsmi Tiflis isə bu görüş barədə bütün iddiaları təkzib edib. Lakin Energetika naziri Kaxa Kaladze dünən jurnalistlərə açıqlamasında SOCAR-ın Tiflisə "Qazprom"un təklif etdiyi qiymətdən baha qaz satdığını və Azərbaycandan Gürcüstana gələn boru kəmərlərinin ölkənin qaza olan tələbatını ödəməyə qadir olmadığını bildirib. Bu gün Kaxa Kaladze SOCAR rəhbəri Rövnəq Abdullayevlə görüşəcək. Artıq ölkə müxalifəti də Rusiyadan qaz alınmasının əleyhinə çıxış edib.

Tarix
2016.01.13 / 13:42
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla