Yuxarı

“SOCAR-ın DESFA-da pay alması həll olunub"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“SOCAR-ın DESFA-da pay alması həll olunub"

Yunanıstanın Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən özəlləşdirilməsi ilə bağlı məsələlər demək olar ki, həll olunub.

Axar.az xəbər verir ki, bu barədə "EurActiv" portalına müsahibəsində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç məlumat verib.

"Mən DESFA-nın özəlləşdirilməyə və SOCAR-ın investisiya yatırmağa hazır olduqlarını düşünürəm. Bu kimi investisiyalarda Komissiya həmişə bütün sahələrdə düzgün rəqabət olduğuna əmin olmaq üçün bazarın cari və gələcək vəziyyətinə baxır. Beləliklə də, əsas müzakirə mövzusu üsullar, nisbət, mülkiyyət və SOCAR-ın payı idi. Lakin demək olar ki, bu məsələ həll olunub. Hazırda danışıqlar davam edir və bu mərhələdə narahatlığa heç bir əsas yoxdur", - Şevçoviç deyib.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66 faizinin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 milyon avro təklif edən SOCAR qalib gəlmişdi. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə etmiş və araşdırmalara başlamışdı. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17 faizini digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlamışdılar.

Tarix
2016.01.25 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla