Yuxarı

“Bu, manata təklifi artıracaq” – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dollarla depozitlərin payı ümumi əmanət portfelində 85 faizi keçib.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert bildirib ki, bu, əmanətlərin valyuta strukturu baxımdan kritik həddir:

"Manatın məzənnəsində yanvarın 25-dən sonra müzakirə edilən möhkəmlənmələr psixoloji faktor ilə bağlı olsa da, əhalinin dollar təklifi də diqqətdən yayınmamalıdır. Amma iqtisadi baxımdan ev təsərrüfatlarının milli valyuta tələbi hesabına bu proses uzun müddət davam edə bilməz. Müəyyən müddətdən sonra büdcə xərcləmələri manat təklifini, idxal isə dollar tələbini artıracaq. Manatla əmanətlərin banklardan götürülməsinin qarşısının alınması, eləcə də yeni depozitlərin cəlb edilməsi üçün bir sıra təbii ehtiyatlara malik olan ölkələrdə olduğu kimi banklardakı əmanətlərin dollara indeksasiyası ilə bağlı təklifimiz evlərdə saxlanan manatların banklara yönəldilməsinə və bununla da milli valyutaya təzyiqin azaldılmasına xidmət edə bilər. Məhdudlaşdırıcı siyasətdən genişləndirmə siyasətinə keçid olduqca vacibdir.

Bivalyuta səbətinə malik olan MB dolların son günlər qlobal valyuta bazarında möhkəmlənməsinə baxmayaraq, manatı möhkəmləndirir. Deməli, 2016-cı ildə manatın məzənnəsində neftin dünya bazar qiyməti istisnasız əsas faktor olacaq".

Tarix
2016.02.23 / 15:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla