Yuxarı

Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollar dünyada yenidən güclənir: avro ucuzlaşdı

Dollar dünya bazarında yenidən möhkəmlənməkdədir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlama ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bu ilin mart ayında Birləşmiş Ştatlarda 303 min əlavə iş yeri yaradılıb. İnflyasiya dərəcəsi isə hədəf diapozonu, 2 faizə yaxındır. Dolların digər əksər səbət valyutalara nisbətən də güclənməsi müşahidə olunmaqdadır:

“Bu ildə də neft gəlirlərimiz və daha dəqiqi enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Tarix
2024.04.15 / 10:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla