Yuxarı

SOCAR nə qədər neft ixrac edib?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR nə qədər neft ixrac edib?

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin fevral ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 473 411 ton xam neft ixrac edib.

Axar.az SOCAR-a istinadən xəbər verir ki, ötən ay Ceyhan limanından ixrac olunan xam neftin həcmi 2015-ci ilin fevral ayından 9,6% az olub.

Ümümilikdə, yanvar-fevral ayları ərzində Ceyhan limanından 2 984 325 ton xam neft ixrac edilib ki, bu da ötən ilin iki ayından 10,3% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Tarix
2016.03.01 / 18:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla