Yuxarı

Millət vəkili ev kreditlərinin ləğvinə haqq qazandırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bankdan mənzil üçün kredit alan şəxslər müəyyən bir dövrdən sonra kredit ödənilməsində çətinlik çəkirlər və banklar ziyana işləməyə başlayır. Nəzərə alsaq ki, onların əsas fəaliyyəti pulun dövriyyəsidir və çoxsaylı vətəndaşların az olmayan məbləğlə banklara borcu qalır. Bu da bankların fəaliyyətinin iflic olmasına gətirib çıxardır".

Bu sözləri mənzillərin kreditlə satışına məhdudiyyətlərin qoyulması məsələsinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə "Axar.az"a açıqlamasında söylədi.

Millət vəkili bildirdi ki, Mərkəzi bankın bu addımı insanları daha da məsuliyyətli olmağa sövq edir və müəyyən imkanı olan ailələr bu məsələdə problemlə üzləşməyəcək :

"Bankları risklərdən azad etmək üçün və eyni zamanda, mənzil almaq istəyən şəxslərin məsuliyyətini artırmaqdan ötrü addımlar atıla bilər. İstənilən halda Mərkəzi Bank bankların problemsiz fəaliyyətində və eyni zamanda verdiyi kreditlərin tez almasında maraqlıdır. Hesab edirəm ki, müəyyən imkanı olan ailələr bu məsələdə problemlə üzləşmirlər. Problem o ailələrdə olur ki, onların gəlirləri kifayət qədər deyil və onlar banklardan aldığı krediti sonradan çox böyük çətinliklə qaytarırlar. Ümumən götürdükdə isə imkanı olan adam bankla münasibətlərini bu yeni qaydalar çərçivəsində də rahat qura biləcək. Burada söhbət imkanı olmadığı halda bankdan aldığı borc altına girən və ondan sonra həmin borcu qaytara bilməyən insanlar qrupundan, həmin qrupun çevrəsini daraltmaq və insanları atdığı addımları yüz ölçüb-bir biçməyə sövq etməkdən gedə bilər".

Xatırladaq ki, Mərkəzi Bankın müvafiq göstərişinə əsasən, kreditlə mənzil almaq istəyən şəxslər bundan sonra təkcə yaşayış yerindən arayış deyil, iş yerindən də arayış təqim etməlidir, eyni zamanda, kreditlə mənzil almaq üçün rəsmi arayışda qeyd olunan aylıq əməkhaqqı minimum 600-700 manat təşkil etməlidir.

Tarix
2014.02.12 / 11:47
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla