Yuxarı

Azərbaycanın xarici ticarət dövriyyəsi nə qədərdir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin yanvarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 114 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 61 ölkəyə məhsul ixrac olunub, 106 ölkədən isə idxal edilib.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin 51,3 faizi Avropa İttifaqı ölkələri, 8,5 faizi MDB dövlətləri, 40,2 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvarında xarici ticarət dövriyyəsi 1314,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 871,9 milyon dollar, idxalın dəyəri isə 442,8 milyon dollar təşkil edib. Nəticədə 429,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

İxrac edilən məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, ərzaq məhsulları, əczaçılıq məhsulları, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlədən hazırlanan məmulatların xüsusi çəkisi üstünlük təşkil edib.

Tarix
2016.03.30 / 08:30
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla