Yuxarı

Kapital Bank 150 illik yubileyini BDU tələbələri ilə qeyd edib

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank 150 illik yubileyini BDU tələbələri ilə qeyd edib

Ölkənin birinci bankı Kapital Bank 150 illik yubileyi münasibətilə Bakı Dövlət Universiteti ilə birgə "Doğru yolun başlanğıcı" adlı təlim proqramı təşkil edib. Tədbir çərçivəsində tələbələr üçün müxtəlif təlimlər, intellektual və əyləncəli oyunlar keçirilib və qalib komandaya kubok təqdim olunub. Tədbirin əsas məqsədi tələbələrin şəxsi inkişafına və karyera planlamasına dəstək vermək olub.

Təlim proqramı çərçivəsində Kapital Bank-ın əməkdaşlarının iştirakı ilə “Şəxsi inkişaf və kollektivlə işləmə bacarıqları”, “İT təhlükəsizlik”, “İş mühitində hüquqlarınız”, “Karyera planlaması və yüksəlişi” kimi mövzularda təlimlər keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev universitetdə həyata keçirilən sosial layihələrdən danışıb, Kapital Bank ilə birgə layihənin gənclərin karyera quruculuğunda faydalı olacağını bildirib.

Qeyd edək ki, təlim proqramında “BDU könüllüləri” təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının 100-dən çox üzvü də iştirak edib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.

Tarix
2024.08.01 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla