Ana səhifə İqtisadiyyat |
Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin
reallaşdırılmasında həlledici rol oynayır. Layihənin
reallaşdırılması işinə lazımi dəstəyin bundan sonra da davam
etdiriləcəyinin iştirakçı ölkələr tərəfindən bir daha qəti şəkildə
bəyan olunması da ən mühüm məqamlardan biridir.
APA
xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyevin sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında energetika naziri Natiq Əliyev deyib.
"Azərbaycan enerji siyasətini heç kimin maraqlarına xələl
gətirmədən düzgün formalaşdıraraq həyata keçirməkdədir. Eyni
zamanda, Azərbaycanla Avropa Komissiyasının "Cənub Qaz Dəhlizi"
layihəsi üzrə maraqları tam üst-üstə düşür. Bu layihə Azərbaycan
qədər Avropa üçün də böyük əhəmiyyət kəsb edir", - deyə N. Əliyev
bildirib.
"Cənub Qaz Dəhlizi" layihəsinin son icra vəziyyəti ilə əlaqədar
nazir qeyd edib ki, layihənin əsas elementlərindən olan "Şahdəniz
Mərhələ 2" və "Cənub Qafqaz qaz boru kəmərinin genişlənməsi" üzrə
işlərin mühüm hissəsi qrafikdə nəzərdə tutulan vaxtdan əvvəl yerinə
yetirilib: "Hazırda layihə üzrə işlər sürətlə davam etdirilir,
ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o
cümlədən Səngəçal Terminalında, Bakı yaxınlığındakı tikinti
sahəsində, Bakı Dərin Özüllər Zavodunda və boru kəməri marşrutu
boyunca irimiqyaslı tədbirlər həyata keçirilir, istehsalat
sahələrində platformanın üst modulları və dayaq blokları qurulur.
İlkin qazın əldə olunması üçün nəzərdə tutulmuş işlərin 66%-i artıq
yerinə yetirilib. İlin birinci rübündə "Cənubi Qafqaz Boru
Kəmərinin Genişləndirilməsi" layihəsi çərçivəsində işlər də
Azərbaycan və Gürcüstan ərazilərində boru kəmərinin əhatə etdiyi
marşrut üzrə uğurla davam etdirilib, Azərbaycanda boru kəməri
boyunca torpaq sahələrinin əldə olunması 99% başa çatdırılıb.
Gürcüstanda birinci və ikinci kompressor stansiyasının, habelə
təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam
etdirilməkdədir".
Onun sözlərinə görə, ölkədə "Şahdəniz Mərhələ 2" və "Cənubi Qafqaz
Boru Kəmərinin Genişləndirilməsi" layihələri üzrə tikinti işlərinə
15 mindən çox insan cəlb olunub ki, onların da 85%-dən çoxu
Azərbaycan vətəndaşlarıdır: "Ümumilikdə, Azərbaycan və Gürcüstan
ərazisində bu işlərə 22 mindən çox işçi cəlb edilib.
Tarix
2016.04.09 / 23:21
|
Müəllif
Axar.az
|