Yuxarı

“Unibank”ın xidmətləri telefonunuzda

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Unibank”ın xidmətləri telefonunuzda

"Unibank" müştəriləri indi banka gəlmədən bütün bank xidmətlərindən istifadəyə imkan verən "Unibank Mobile"ə Asan İmza ilə qoşula bilərlər.

Bankdan Axar.az-a veriulən məlumata görə, öz smartfonunuza "Unibank"ın mobil bankinq xidmətini – "Unibank Mobile"i yükləyib (http://onelink.to/ffdbwf ) və Asan İmza ilə qeydiyyatdan keçərək bütün bank hesablarınıza istədiyiniz vaxt sərəncam vermək imkanı qazanmaq olar.

Unibank Mobile-a Asan İmza ilə qoşulmaq müştəriyə hansı üstünlüyü verir?

Bəzi bank əməliyyatlarında müştərinin imzası tələb olunduğundan banka gəlmək ehtiyacı yaranır. Amma Asan İmza müştərinin qanunla əl imzasına bərabər hesab edilən mobil elektron imzası olduğundan, bu imzanı əldə edənlər elə iş yerlərində və ya evdəcə telefonlarından "Unibank Mobile" daxil olaraq, yeni cari hesab və yeni depozit hesabı aça, həmçinin depozit təminatlı kredit xətti sifariş edə bilərlər.

Asan İmza (Mobil imza) elektron xidmətlərə daxil olarkən və sənədləri elektron imza ilə imzalayan zaman kimliyi təsdiqləmək üçün müştərinin mobil identifikasiyasıdır. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. "Asan İmza" texnologiyası onlayn bankçılıq xidmətlərini genişləndirməyə imkan verən bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir. Bunlardan xüsusilə Asan İmzanın ölkə qanunvericiliyi nöqteyi-nəzərindən yeganə qanuni mobil imza olması və elektron mühitdə avtorizasiyanın və sənədlərin imzalanmasının rahatlığı, yüksək etibarlılığı və təhlükəsizliyini təmin etməsini vurğulamaq olar. Buna görə də Asan İmza sahibləri "Unibank Mobile"lə bank xidmətlərindən çox asan, sürətli və təhlükəsiz şəkildə istifadə edə biləcəklər. İOS və Android platformalarında işləyən "Unibank Mobile" müştəriyə öz telefonunda bank kartı ilə bağlı bütün məlumatları əldə etmək, ödənişləri həyata keçirmək, əmanət hesablarını idarə etmək və cari hesablarını nizamlamaq imkanı yaradır.

Siz "Unibank Mobile"nin köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın Feysbukvə Tvitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

"Unibank Mobile" – elə indi yükləyin!

"Unibank Mobile" – təhlükəsiz, sürətli və rahat!

"Unibank" - hər kəsin bankı!

Tarix
2016.04.25 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla