Yuxarı

Münaqişələrin dolların kursuna təsiri... - İqtisadçı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Münaqişələrin dolların kursuna təsiri... - İqtisadçı

Hazırda dünya siyasətində aktivlik müşahidə olunur. Fərqli regionlarda münaqişələr alovlanıb. Bu isə istər-istəməz dolların kursu, neft-qaz qiymətlərinə təsirsiz ötüşmür.

Axar.az xəbər verir ki, deputat, iqtisadçı Vüqar Bayramov Globalinfo.az-a açıqlamasında bütövlükdə dünya bazarında volatilliyin müşahidə olunduğunu bildirib.

Onun sözlərinə görə, hazırda “Brent” markalı neftin bir barreli 72 dollara təklif olunur:

“Yəni praktiki olaraq mövcud qiymət Azərbaycan üçün məqbul hesab oluna bilər. Amma 2025-ci il üçün fərqli proqnozlar var. Son proqnozlara əsasən, 2025-ci ildə neftin bir barreli 70 dollardan aşağı düşəcək. Əvvəlki proqnozlarda 70-80 dollar göstərilirdi, amma siyasi qərarlar qiymətlərə təsir etdi. OPEK+ öhdəliklərə riayət edib neft hasilatını artırmasa, qiymətlərdə ciddi dəyişiklik olmayacaq”.

İqtisadçı qeyd edib ki, dolların kursu sabitdir:

“Xüsusilə xarici valyutalara nisbətən məzənnədə artım müşahidə edilir. Dolların məzənnəsinin səbət valyutalara nəzərən artması gələn il də müşahidə ediləcək.

Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bankın qərarından asılı olacaq. Neft qiymətlərində də dəyişiklik olmasa, manatla bağlı risk olmayacaq”.

Tarix
2024.12.05 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla