Yuxarı

“Azərsu” sayğacların su balansını mənimsədi? – Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsu” sayğacların su balansını mənimsədi? – Rəsmi

"Sıradan çıxmış bütün smart-kartlı su sayğaclarının balansında qalan məbləğ mütləq şəkildə yeni su sayğaclarına yüklənəcək. Proses bir qədər uzun olduğundan məsələ hələlik tam həllini tapmayıb. Ancaq bir qədər gec də olsa, mütləq vətəndaşların ödədiyi məbləğ sayğaclarının balansına yüklənəcək".

Bu sözləri "Axar.az"a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cərayıllı bildirdi. O, qeyd etdi ki, sözçüsü olduğu qurum abonentlərin hüquqlarını heç bir şəkildə pozmayacaq: "Bunu tələb etmək vətəndaşların haqqıdır. Bacardığımız qədər problemi qısa müddətdə həll etməyə çalışırıq. Köhnə sayğacların balansında nə qədər məbləğ qalmasından asılı olmayaraq, hər bir abonentin yüklədiyi məbləğ yeni quraşdırılmış sayğacına transfer ediləcək".

Qeyd edək ki, qarlı-şaxtalı günlərdə smart-kart tipli su sayğacları sıradan çıxmışdı. "Azərsu" ASC sıradan çıxmış sayğacları öz hesabına yeniləri ilə əvəz etsə də, köhnə sayğacın balansındakı məbləğ yeni sayğaclara yüklənməyib.

Tarix
2014.02.21 / 12:11
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla