Yuxarı

Nazirlikdən bahalaşma ilə bağlı açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən bahalaşma ilə bağlı açıqlama

Kənd təsərrüfatına dəymiş ziyan o qədər də böyük deyil. Bu səbəbdən bahalaşma ilə bağlı verilən proqnozlar özünü doğrultmayacaq. Bahalaşma olmayacaq. Əksinə, bir neçə günə bazarda məhsul bolluğu bir az da artacaq.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Musavat.com-a açıqlamasında bildirib.

Nazirlik sözçüsü bildirib ki, şəxsən regionlardakı vəziyyəti müşahidə edib və fermer təsərrüfatlarına elə də ciddi ziyan dəymədiyinin şahidi olub: "İndi mən İmişli rayonundayam. Buradan Beyləqana gedirəm, vəziyyəti birbaşa müşahidə edirəm. Yağıntılar müəyyən qədər kənd təsərrüfatına ziyan vurub, meyvə sahələrinə təsir göstərib. Ancaq bunun istehsala elə bir ciddi təsiri olmayacaq. Çünki yağıntılar lokal şəkildə düşüb, kütləvi olmayıb. Əsasən taxılçılığa təsir edib. Nəzərə alsaq ki, indi taxılın biçim vaxtıdır. 15 gündən artıqdır ki, taxıl biçilir. Güclü yağış düşən yerlərdə taxıl zəmiləri yatıb. Ancaq bu itki demək deyil, kombayn həmin taxılı normal biçəcək. Bölgələrdən asılı olaraq bu yağış bəzi sahələrə ziyan vurub. Qərb bölgəsində meyvələrə təsir göstərib. Bəzi rayonlarda kartofçuluğa ziyan dəyib. Ancaq ümumi götürəndə istehsala ciddi mənfi təsiri yoxdur".

M.Hacıyev bölgələrdə əkin sahələrinə və meyvə bağlarına dəyən ziyanın bahalaşmaya səbəb olmayacağını da vurğuladı: "Bəzi ekspertlər şərh verirlər ki, meyvələrdə və bəzi kənd təsərrüfatı məhsullarında bahalıq olacaq. Amma bir tendensiya gözlənilmir. Çünki iri fermer təsərrüfatlarına ciddi ziyan dəyməyib. Fərdi təsərrüfatlara, həyətyanı sahələrdəki əkinlərə ziyan dəyib. Bu da elə böyük bir miqyasda deyil. Ümumi yem istehsalına, xüsusilə də qarğıdalı əkinlərinə müsbət təsiri var. Saatlı rayonunda artıq təkrar əkin həyata keçirilir. Yığılan arpa və buğdanın yerinə yem bitkiləri, qarğıdalı və sair paxlalı bitkilər səpilir. Bu baxımdan bahalaşmanın olacağını gözləmirik. Yağışlar yığımlara bir qədər təsir göstərib. Təxminən 10 günə yerdə qalan məhsul da yığılacaq. Bu da bazarda məhsul bolluğuna səbəb olacaq".

Sığorta məsələsinə gəlincə, Murtuzəli Hacıyev bildirdi ki, təsərrüfatına ziyan dəyən fermerlərdən kimlər əkin sahələrini sığortalayıbsa, onlar sığorta haqlarını 50 faizi dövlət tərəfindən ödənilmək şərtilə alacaqlar: "Lakin kimlər ki, təsərrüfatını sığortalamayıb, onlar heç nə almayacaqlar. Dövlət kənd təsərrüfatına yetərincə dəstək verir. Bildiyiniz kimi, 1 həftə öncə Nazirlər Kabineti qərar çıxartdı ki, pambıq bitkisinə də əlavə subsidiya verilsin. Hər hektara əlavə 40 manat subsidiya verilir. Təbii hadisələr nəticəsində dəymiş ziyanın kompensasiyası da bütün sığortalanan təsərrüfat sahiblərinə ödəniləcək".

Tarix
2016.06.15 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla