Yuxarı

Alim Qasımov qatıb-qatışdırdı: Villasını dostuna “bağışladı”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alim Qasımov qatıb-qatışdırdı: Villasını dostuna “bağışladı”

Məşhur muğam ifaçısı Alim Qasımovun Binəqədi rayonunda, Heydər Əliyev məscidinin yaxınlığında yerləşən villasının 5 milyona satışa çıxarılması barədə elan saytlarında yerləşdirilən məlumata reaksiyası anlaşılmazlıqlara səbəb olub.

Kult.az xəbər verir ki. Alim Qasımov saytlardan bəzilərinə verdiyi açıqlamada villada ailəsi ilə yaşadığını bildirsə və satışa qoyulduğunu təkzib etsə də, növbəti açıqlamasında villanın ümumiyyətlə özünə aid olduğunu inkar edib (guya dostununmuş).

Satış elanının təsadüfən yayılmadığını, eyni zamanda Alim Qasımovun təzadlı açıqlamasını nəzərə alaraq, bir daha aydınlaşdırmaq zərurəti yarandı: Villa doğrudanmı satılmır? Alim Qasımov villanın ona məxsus olduğunu niyə inkar edir?

Xalq artisti saytımızın bu istiqamətdə sorğusuna cavab olaraq bildirib ki, əsəbləri yerində olmadığından hansı sayta nə dediyini xatırlamır:

“Jurnalistlərə cavab verməkdən yoruldum. Boş verin getsin. 40 ildir oxuyuram, belə reklamım olmamışdı. Mənim əsəblərim pozulub, nə dediyimi bilmirəm”.

Tarix
2025.09.08 / 12:15
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla