Kino dünyasının ən prestejli mükafatı olan "Oskar"
ABŞ-ın Los Anceles şəhərində təşkil edilən görkəmli mərasimlə
sahiblərinə təqdim edilib.
"Axar.az" xarici mətbuata istinadən bildirir
ki, mərasimə 10 nominasiya üzrə namizəd göstərilməsinə baxmayaraq,
əliboş qayıdan "American hustle" (Amerikansayağı fırıldaq) filmi
damğa vurub.
Cenifer Lorens yenə yıxıldı
Məşhur aktrisa Cenifer Lorensin yerə yıxılması fotosu Tvitter
sosial şəbəkəsində dəqiqədə 1 milyon dəfə ritvit olunub.
Yıxılma anının videosu:
Bu kateqoriya üzrə mükafat İtaliyaya 11-ci dəfə
getdi
"Ən yaxşı xarici film" nominasiyası üzrə mükafatı Paulo
Sorrentinonun rejissorluğu ilə çəkilən İtalyan istehsalı olan "The
Great Beauty" (Möhtəşəm gözəllik) filmi qazanıb. Bu mükafat
İtaliyaya eyni kateqoriyada verilən 11-ci mükafat olub.
Leonardo Di Kaprio yenə əliboş qaldı
"Ən yaxşı kişi aktyor" kateqoriyasında dördüncü dəfə namizəd
göstərilən Leonardo Di Kaprio mərasimdən yenə də əliboş qayıdıb.
Mükafatı məşhur aktyorun baş rolunu oynadığı "Pul ovçusu"
filmindəki rol yoldaşı Metyu Makkonehi alıb.
"Oğurluq" iddiasına rəğmən, mükafat aldı
Ssenarisinin oğurluq olduğu iddialarıyla gündəmə gələn "Her"
(Onun) filmi "Ən yaxşı xüsusi ssenari" üzrə mükafatı qazanıb.
On kateqoriyadan sıfır aldı...
10 kateqoriya üzrə mükafata namizəd göstərilən "American Hustle"
(Amerikansayağı fırıldaq) və "Gravity" (Cazibə) filmləri siyahıda
ən real namizədlər idilər. Ancaq "Gravity" "Ən yaxşı rejissor"
kateqoriyası da daxil olmaqla 7 nominasiya üzrə mükafat alsa da,
"American Hustle" filmi heç bir mükafat almadı.
Mükafata layiq görülən kateqoriyaları təqdim edirik:
Ən yaxşı film: 12 illik əsarət (12 Years a
Slave)
Ən yaxşı rejissor: Alfonsi Kuaron (Gravity –
Cazibə)
Ən yaxşı aktrisa: Keyt Blançet (Blue Jasmine – Mavi
Jasmin)
Ən yaxşı aktyor: Metyu Makkonehi (Dallas Buyers Club –
Sərhədsizlər klubu)
Ən yaxşı ikinci dərəcəli aktyor: Cerid Leto (Dallas
Buyers Club)
Ən yaxşı ikinci dərəcəli aktrisa: Lupita Nyonqo (12
Years a Slave)
Ən yaxşı operator: Emmanuel Lubezki
(Gravity)
Ən yaxşı film rəssamı: Ketrin Martin (The Great Gatsby –
Möhtəşəm Getsbi)
Ən yaxşı qrim və saç düzümü: Odrisa Li, Robin Metyu
(Dallas Buyers Club)
Ən yaxşı qısa animasiya: Mr.Hablot (Lorent Vitz və
Aleksandr Espiqares)
Ən yaxşı animasiya: Frozen (Dondurulmuş)
Ən yaxşı vizual effekt: Tim Veber və Brayn Koks (Gravity
–Cazibə)
Ən yaxşı qısa film: Helium (Anders Volter və Kim
Maqnusson)
Ən yaxşı qısa sənədli film: The Lady in Number 6 (6
nömrəli qadın) (Malkolm Klark və Nikolas Rid)
Ən yaxşı sənədli film: The Great Beauty (Möhtəşəm
gözəllik) (Paulo Sorrentino – İtaliya)
Ən yaxşı səs miksajı: Gravity – Cazibə (Skip
Levsi)
Ən yaxşı səs qurğusu: Gravity – Cazibə
Ən yaxşı qurğusu: Gravity – Cazibə (Alfonso Kuaron və
Mark Senqer)
Ən yaxşı istehsal dizaynı: Ketrin Martin və Beverli Din
(Möhtəşəm Qetsbi)
Ən yaxşı orijinal musiqi: Stiven Prays
(Cazibə)
Ən yaxşı mahnı: Let it go (Kristen Anderson Lopez –
Dondurulmuş animasiya filmiylə)
Ən yaxşı uyğunlaşdırma ssenarisi: Con Ridli (12 illik
əsarət)