Yuxarı

“İlhamə Quliyevanın öldüyünə inanmıram”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səs sənətkarları hər zaman bir məqsədlə yaşayır: nəğmələri sevilsin və yaşasın.

Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova mərhum xalq artisti İlhamə Quliyevanın doğum günü ilə bağlı rəsmi Feysbuk səhifəsində yazıb. O, İlhamə xanımın ölümünə inanmadığını bildirib:

"Mən sizi bu yaşdan tanıdım, əzizim və səsini sevdiyim İlhamə xanım. Dünən Speys TV-də qonaq idim. Soruşdum ki, sabah İlhamə xanımın doğum günüdür, bilirsiniz? Dedilər, bəli, Aybəniz xanım, bilirik, onun üçün reportaj da hazırlamışıq. İnanın, bu, məni nə qədər sevindirdi. Əsl səs unudulmayanda bu, məni çox sevindirir. Qədirbilən Azərbaycan, mən sizin sənətkarlara olan sevginizin qarşısında baş əyirəm.

Siz İlhamə xanımın həyatının, ömrünün sonuncu günü sübut etdiniz ki, ey mənim sənətkarım, sən narahat olma, səni sevdiyimiz kimi sənə sahib çıxmağı da bilirik. Mən nədənsə onun ölümünə inanmıram… Mənə elə gəlir ki, o qayıdacaq. Bir insanın yeri nə qədər görünərmiş, ay aman! Deməli, hədər yaşamayıb. Doğum günün mübarək, sənətkar!"

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda anadan olub, 2016-cı il fevralın 25-də vəfat edib.

Tarix
2016.08.17 / 11:48
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla