Yuxarı

Qədim türklərlə bağlı mühüm tarixi - Fakt

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monqolustanda qədim türk tarixinə işıq tuta biləcək yeni qiymətli mənbələr aşkarlanıb.

Modern.az xəbər verir ki, ölkənin Şivet Ulan adlanan ərazisində kəşf edilən külliyyə Orxon kitabələrindən sonra üzə çıxan ən böyük tapıntı hesab olunur. Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və dəstəyi ilə "Tanrı dağından Ötükənə: Böyük Çöl xalqlarının tarixi və mədəni dəyərləri" adlı beynəlxalq ekspedisiya çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Rusiyadan tanınmış türkoloq və arxeoloqlardan ibarət ekspedisiya qrupu həmin ərazidə olub.

Təxminən 100 il əvvəl tapılmasına, ortaya çıxarılmasına baxmayaraq, Şivet Ulan – Ötügen kompleksi uzun illər diqqətdən kənarda qalıb. Burdan müxtəlif oğurluqlar edilib, çapılıb, talanıb. Ötən il Beynəlxalq Türk Akademiyası tərəfindən Monqolustan tərəfi ilə birgə burda ciddi tədqiqatlara start verilib.

Türk tarixinin islamdan əvvəlki dövrü haqqında məlumatlar indiyədək əsasən Orxon daş kitabalərindən alınmışdısa, tədqiqatçılar qazıntıların davam etdiyi bu kompleksdən yeni və daha qədim kitabələrin, qiymətli məlumatların əldə ediləcəyi qənaətindədirlər.

Tədqiqatlara bilavasitə rəhbərlik edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali hesab edir ki, Şivet Ulan məbəd kompleksi qədim türklərin, əcdadlarımızın müqəddəs bildiyi bir yer, Kutluq, İlteriş, Bilgə xaqanların, Tonyukuk, Gültegin kimi türk sərkərdələrin gəldiyi, ibadət etdiyi bir məkandır: "Bura islamiyyətdən öncə türklərin əsas inanc yeri olub. Onlar bura gələr, ayinlər icra edər, qurbanlar kəsər, qurultay keçirərdilər. Bu tapıntı indiyədək türklərin köçəri və dinsiz olması ilə bağlı fərziyyələri də alt-üst edib. Qədim türklərin tanrıçılıq dini olduğunu və tək Tanrıya ibadət etdiyi təsdiqlənib. Ona görə də Beynəlxalq Türk Akademiyası burda aparılan qazıntılara xüsusi önəm verir. Bu məqsədlə Monqolustan Elmlər Akademiyası ilə xüsusi memorandum da imzalanıb. Qazıntılar bir ildir aparılır və bundan sonra da davam etdiriləcək. İndiyədək məbəddə 15 dəfə oğurluq və dağıntı olub. Müxtəlif ölkələr tərəfindən bir neçə dəfə məbəddə tədqiqatlara cəhd olunsa da, ilk geniş tədqiqatı aparmaq bizə qismət oldu. Bütün türk dünyasına xeyirli olsun!"

Arxeoloqlara görə, bu məbəd Göytürklərdən öncəki vaxtlara, Hunlar dövrünə, yəni Oğuzların Orta Asiya və Qafqazlara hərəkətindən əvvəlki tarixə aiddir. Tək Tanrıya inanan türklər bura yığışar, qurultaylar, mərasimlər keçirər və əsas məsələləri burda həll edərdilər. Onların inancına görə, bura dünyanın mərkəzi hesab olunurdu.

Qazıntılar zamanı tapılan çeşidli daş abidələr də bunu təsdiq edir. Amma tədqiqatlar həmin abidələrin ilk ünvanının bura olduğu qənaətini doğrulayır.

Kompleksdə ən diqqət çəkən abidələrdən biri məşhur Bengü daşıdır. Burda avşar, salur, bayandur kimi 65 qədim türk boyunun tamqası yer alıb.

Qədim türk boylarının tamqalarının yer aldığı məşhur Bengü daşı da Şivet Ulan kompleksində yerləşir. Bengü daşında türklər öz varlıqlarını tarixin yaddaşına köçürmək üçün öz tamqalarını qoyurdular. Məhz bu müqəddəs daşda Bilgə Xaqan və Külteginin də tamqaları yer alıb.

Qeyd edək ki, ekspedisiya çərçivəsində Monqolustanda arxeoloji və türkoloji tədqiqatları genişləndirmək məqsədi ilə Beynəlxalq Türk Akademiyası ölkənin müxtəlif rəsmi qurumları ilə çeşidli razılaşma və memorandumlar da imzalanıb.

Tarix
2016.08.31 / 15:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla