Yuxarı

Teatr günündə teatrsevərlərə sürpriz

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda "TeatrPlyus" (www.teatrplyus.az) adlı yeni mədəniyyət və incəsənət portalı istifadəyə verilib.

"Axar.az" xəbər verir ki, layihənin fəaliyyətində başlıca məqsəd teatr sənətinin təbliği, bu sahədə ölkədə və dünyada baş verən proseslərin fiksasiyası, eləcə də mədəniyyət və incəsənətin digər sahələrini əhatə edən məlumatları oxucularla bölüşməkdir.

Bu barədə saytın yaradıcısı və baş redaktoru teatrşünas Sevdacan Babayeva məlumat verib.

Dünya təcrübəsi göstərir ki, teatr prosesini işıqlandıran dərgilər, o cümlədən elektron nəşrlər teatr sənətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Sevdacan xanımın sözlərinə görə, bu baxımdan dünya teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilmiş "TeatrPlyus.az" portalı eyni zamanda ölkəmizdə teatr jurnalistikası sahəsində mövcud boşluğun aradan qaldırılmasına da yardım edəcək.

Sevdacan xanım gələcəkdə "TeatrPlyus" internet televiziyasının yaradılmasının da nəzərdə tutulduğunu qeyd etdi.

Tarix
2014.03.10 / 17:59
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla