Yuxarı

Niyazi: “Arvadım ancaq mənim qanımı içir”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niyazi: “Arvadım ancaq mənim qanımı içir”

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləlinin eşitdiyi, gördüyü və oxuduğu maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazıb.

Axar.az bu dəfə professor Minəxanım Nuriyeva-Təkləlinin xalq artisti, maestro Niyazi ilə bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:

İstiot hara, xardal hara?

Niyazinin nə qədər tündməzac olduğu hər kəsə bəllidir. Bir gün Həcər xanımla Moskvada olarkən dostlarla birlikdə şam yeməyinə, restorana düşürlər. Kim bilmir Moskvanın çovdar çörəyinin dadını?! Sifariş verilən yemək gələnə qədər Həcər xanım çörəkdən götürüb üstünə səliqə ilə xardal yaxır, bundan sonra da qara istiot səpir. Niyazi narazı-narazı "nə edirsən? İstiot hara, xardal hara? Bu qarışıqdan nə alınar", - deyir. Həcər xanım gülə-gülə "necə yəni nə alınar? Niyazi alınar", - deyə bəstəkarın hər kəsə məlum olan tünd xasiyyətinə, acı dilliliyinə işarə edib hamını güldürür.

Mənim xanımım...

Həcər xanım xatirələrində yazır: "Bir dəfə Niyazi ilə Türkiyədə hansısa səfirlikdə ziyafətə qatılmışdıq. Xörəkpaylayan mənə yanaşıb "Madam, viski istəyirsinizmi?" - soruşdu. İstəmədiyimi söyləyəndə xörəkpaylayan ayrı-ayrılıqda "araq... konyak... şərab..." - deyə təklifi uzatdı. Mən yenə də hər dediyində istəmədiyimi bildirirdim. Niyazi dözmədi daha, hamının eşidəcəyi səslə: "Mənim xanımım mənim qanımdan başqa heç nə içmir!" deyəndə hamı ürəkdən gülməyə başladı".

Rəsul Rza ilə görüş

Maestro Niyazinin də, şair Rəsul Rzanın da sərt, ağır xasiyyətləri olduğuna baxmayaraq, onlar yaxın dost idi. Həcər xanım bir axşam maestrodan soruşur ki, Rəsulla aranız dəyməyib ki? Məni küçədə gördü, ağızucu, yüngülcə başını tərpətməklə salam verib keçdi. Niyazi Həcər xanımın bu gileyini şairə çatdırır, Rəsul Rza and-aman edir ki, vallah, görməmişəm, ya da ola bilsin, fikirli olmuşam.

Bu hadisənin üstündən bir neçə gün keçir. Təsadüfən şəhərin ən sıx yerlərindən birində Həcər xanımı uzaqdan görən Rəsul Rza dərhal dayanır, küçənin o tayından ikiqat əyilib təzim edir. Uzaqdan baxıb şairi tanıyanlar hörmətlə ayaq saxlayır. Rəsul Rza başını qaldırıb gülə-gülə deyir: "Hə, necədir, Həcər xanım, daha bu salamıma sözün yox ki, bəyəndinmi?"

Tarix
2016.10.23 / 09:30
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla