Yuxarı

Fəxrəddin Manafovdan Meral Konratın sözlərinə - Reaksiya

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meral Konratın nə dediyi mənə maraqlı deyil.

Bunu Report-a açıqlamasında xalq artisti Fəxrəddin Manafov Meral Konratın müsahibəsində onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Müsahibədəki fikirlərlə tanış olmadığını deyən azərbaycanlı aktyor qeyd edib ki, Rasim Ocaqovun ("Təhminə"filminin rejissoru) sabah doğum günüdür və kimin nəsə danışması onun üçün maraqlı deyil: "Bizim onunla əlaqələrimiz 23 il (film 1993-cü ildə çəkilib) bundan öncəyə dayanır və hər şey artıq bitib. Ona görə də onun nə deməsi mənə maraqlı deyil".

Xatırladaq ki, Meral Konrat "Report"a müsahibəsində Fəxrəddin Manafonun onu məyus etdiyi deyib. Onun sözlərinə görə, F.Manafov ötən il "Təhminə-2" filminin çəkilməsi ilə bağlı aktrisaya zəng edib. Lakin onu Bakıda filmə deyil. Zülfiyyə Xanbabayevanın klipinə çəkiblər.

"Bir üzr zəngi gözlədim. Heç bir şey etmədilər. Sonra məhkəməyə müraciət etmək istədim, ancaq düşündüm ki, bu, mənə yaraşmaz, xoş olmaz. O klipə görə nəqonorar aldım, nə də təşəkkür. Yəni çox, çox incidim. Mənim belə üzüntülərim, təəssüflərim keçir. Nə isə... Bir gün Bakıdan məni özəl bir jurnalın çəkilişi üçün Bakıya çağırdılar. Fəxrəddinlə orada qarşılaşdıq və ona nə vaxt bu mövzu ilə bağlı sual vermək istəsəm də, mövzunu dəyişdirdi. Yayındı mövzudan. Mən ona sual verə bilmədim ki, niyə bunu etdin, niyə belə oldu? Ancaq Fəxrəddin mənə qarşı bir neçə dəfə buna bənzər şeylər etdi və buna görə çox qəlbimi qırdı, çox küsmüşəm ondan. Hələ də ona hörmətim, sevgim böyükdür. Ancaq yenə də bir üzr istəməsini gözləyirəm", - məşhur aktrisa əlavə edib.

Tarix
2016.11.21 / 22:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla