Yuxarı

Düşmən aldı dörd bir yanı... - Kəngərli...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün qanlı 20 Yanvar faciəsinin 27 ili tamam olur.

Kult.az şair Aləm Kəngərlinin istəyi ilə onun "20 Yanvar" adlı şeirini təqdim edir.

20 yanvar

20 yanvar-qəfil hücum,
Düşmən aldı dörd bir yanı.
Batdı yasa Azərbaycan,
Döndü selə şəhid qanı.

Dəniz, hava, yer titrədi
Mərmilərin şiddətindən.
Vicdansızlar utanmadı
Milyonların hiddətindən.

Güllələndi kişi, qadın,
Körpə, cavan, qoca-hamı.
Görüb, düşmən mat qalmışdı,
Əliyalın izdihamı.

Tanklar, toplar od ələdi,
Ürəkləri yıxdı ağrı.
Qəddar, iyrənc bir vəhşilik...
Vətənimin yandı bağrı.

Məğrurları qorxutmadı
Nə işgəncə, nə də zillət,
Əsarətə baş əymədi
Azadlığı sevən millət!

Yerə-göyə sığmasa da,
Anaların ahı, ünü,
Köləliyi diz çökdürdü
Xalqın ölüm-qalım günü!

İmperiya qanlar töküb,
Gözstərsə də, bu xofunu,
Birliyimiz məhv elədi
Müstəmləkə buxovunu!

İndi o gün bir dastandır
Hər varağı hünər dolu,
Azərbaycan tarixidir
Şəhidlərin ömür yolu!..

Tarix
2017.01.20 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla