Yuxarı

"Xarici təsirlər ana dilinə sayğını azaldıb"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi gənclərin ana dilində səlis danışa bilməməsi halını bütün gənclərə aid etmək düzgün deyil.

Bunu Şərq.az-a Azərbaycanda əksər gənclərin ana dilində səlis danışa bilməməsi məsələsinə münasibət bildirərkən tanınmış tele jurnalist, professor Qulu Məhərrəmli deyib.

Professorun sözlərinə görə, bəzi gənclərimiz var ki, ingilis və rus dillərinin təsiri altında qalaraq Azərbaycan dilində fikirlərini doğru-dürüst ifadə edə bilmirlər:

"Ümumiyyətlə, dildə belə kənar təsirlərin mövcudluğunu danmaq olmaz. Sadəcə olaraq, Azərbaycan dilinə bizdə sayğısızlıq yaranıb. Bu sahədə gənclərin ümumi dünya görüşü də azdır. Hətta çox gənclərdə intellekt kasadlığı var. Buna görə həmin gənclərin danışığı və davranışı bizə bəsit görünür. Hesab edirəm ki, bunu təkcə dilin üzərinə də yıxmamalıyıq. Təfəkkür problemi də var. Məsələnin bir kökü də buradadır. Xüsusilə gənclərdə ana dilinə sayğı azalıb. Azərbaycan dilinin onlar üçün gərəkli dil olduğunu dərk etmirlər, görmürlər. Bu bir az da praktikadan qaynaqlanır”.

Tarix
2017.01.24 / 15:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla