Yuxarı

ATV-dən Etibar Hüseynova ironik atmaca - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATV-dən Etibar Hüseynova ironik atmaca - Video

Sabiq deputat, teleaparıcı Etibar Hüseynov ATV telekanalını oğurluqda ittiham edib.

Musavat.com-un məlumatına görə, sabiq deputat bildirib ki, telekanal rejissoru olduğu “Bir cənub kəndində” filmini oğurlayıb və icazə almadan Novruz bayramı günü efirə vermək istəyir:

“Uzun söhbətdir. Amma qısa yazmağa çalışacağam. Deməli, 1997-ci il - mənim də gənc, ideya və fantaziyalarımın "fontan vuran" vaxtlarıdır. Şakir Eminbəyli ilə Novruz bayramı üçün estrada ulduzlarımızı toplayaraq "Bir cənub kəndində" adlı musiqili film çəkmək qərarına gəldik. Ssenari yazdıq, çəkilişlərə başladıq. Amma deyir "sən yazdığını yaz..." Süjet xətti olan, kifayət qədər maraqlı ssenarimizi istədiyimiz kimi çəkib başa vura bilmədik. Çünki 3-5-i qalsın bir yana, 2 "ulduzu" bir araya gətirib, sonra da hansısa rayona aparıb çəkiliş etməyin müsibəti nədir? Bilənlər bilir. Nə isə, min bir zülm, əziyyətlə çəkdiyimizdən ala-babat bir şey montaj edib ortaya qoya bildik. Bu gün baxanda bir qədər adi görünsə də, vaxtına görə kifayət qədər maraqlı, baxımlı bir film alınmışdı. Filmi o vaxtlar reytinqə görə bir nömrə olan ABA telekanalına verdik. Bağlanmış müqaviləyə görə film tərəflərin razılığı olmadan hər hansı bir digər telekanalda nümayiş oluna bilməzdi (Bu həm də qarşı tərəfin təkidli tələbi idi). Sonra iş elə gətirdi ki, ABA montaj gedə-gedə filmdən bəzi hissələri klip formasında yayımladı. Amma sonra müəyyən-məlum problemlər yaşandı və ABA bağlandı. Filmin sonrakı taleyindən xəbərimiz olmadı. İndi üstündən 20 il keçəndən sonra gözünə döndüyüm ATV kanalı filmi haradansa əldə edib. Gecə-gündüz radio və televiziyasında anons edib, reklam, pul yığır. Lap dədə malı kimi. Cənab Vüqar Qaradağlı, ayıb deyilmi? Axı abır-həya deyilən bir anlayış da var. Özünü oda-közə vurub az qala 15 yaşlı verilişimi heç bir əsas və bəhanə gətirmədən bağladın, olsun. İndi də 20 il əvvəl çəkdiyim filmi oğurlayıb, Novruz bayramı günü efirə vermək istəyirsən. Bir gəncin az qala təkbaşına çəkdiyi filmi bir qocaman kanal çəkib ərsəyə gətirə bilmirmi? İşçilərinizə çirkli mətbəx, unitaz y(q)oxladıb pul qazanmaqdansa, hərdən bir yaradıcılıq da öyrədin. Vüqarlı olun, vulqar olmayın”.

Məsələ ilə bağlı telekanalın İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov açıqlamasında deyib ki, filmin yayım hüququna sahib olan şirkətlə telekanalın bütün qanuni razılaşmaları var:

“Etibar Hüseynov yenə də hər zamankı kimi öz ampluasındadır. Nəyə nail olmaq istəyir, aşağı-yuxarı təxmin edirəm. Amma yanaşması, üslubu, məncə, çox köhnəlib və artıq belə olmaz. Olmur da! O ki qaldı filmlə bağlı iddiasına, bəli, haqlıdır. Film Etibar Hüseynovundur. Və bu, inkar edilmir. Ancaq yayım hüququ Etibarda deyil, o, filmin yayım hüquqlarını zamanında başqalarına verib. Uzun danışmağa ehtiyac yoxdur. Hər şey sənədlərlə sübut edilə bilər. Filmin yayım hüquqlarını əlində tutan şirkətlə bütün qanuni razılaşmalar var. Vüqarlı olmaq belə olur, etibarsız-etibarsız boşuna statuslar yazmaqla yox”.

Tarix
2017.03.03 / 16:34
Müəllif
Kult.az
Digər xəbərlər

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla