Yuxarı

Yalçın Qocanın qətlinin təfərrüatı bilindi - DİN

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yalçın Qocanın qətlinin təfərrüatı bilindi - DİN

12:24

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin qətlə yetirildiyi məlum olub.

DİN-dən Kult.az-a verilən məlumata görə, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

***

Xalq şairi Fikrət Qocanın oğlunun qətlinin bəzi təfərrüatları məlum olub.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə baş verməzdən əvvəl Fikrət Qocanın oğlu Yalçın Qocayev tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yeyib-içiblər.

Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb.

E. Nəhmədov mübahisə zəminində Y. Qocayevi döyərək qətlə yetirib.

Qeyd edək ki, Yalçın Qocanın yıxılaraq xəsarət aldığı və dünyasını dəyişdiyi bildirilmişdi.

Tarix
2017.03.14 / 14:14
Müəllif
Kult.az
Digər xəbərlər

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

Türkiyə F-16-ları Azərbaycana göndərir

Paşinyandan Azərbaycan açıqlaması: Bu, tarixi hadisədir!

İlham Əliyev NATO nümayəndə heyətini qəbul etdi - Foto

Overçuk Şahin Mustafayevə təşəkkür etdi

Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla