Yuxarı

Ermənistan Avroviziya-2017-yə buraxılmaya bilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanı Avroviziya-2017-də təmsil edəcək Artsvik Arutyunyan musiqi yarışmasından kənarda qala bilər.

Musavat.com xəbər verir ki, bununla bağlı Ermənistada ajiotaj yaşanır.

Məlumata görə, müğənninin ilhaq olunmuş Krım ərazisinə qanunsuz səfər etməsi səbəbindən mümkündür ki, o, Ukraynanın ev sahibliyi edəcək yarışa buraxılmasın. Bununla bağlı Rusiya mətbuatında da məlumatlar dərc olunub və məsələ ciddi müzakirə mövzusudur.

Hazırda Ukraynanın təhlükəsizlik xidməti ifaçının Krıma getməsi faktını araşdırır. Ukrayna daxili işlər nazirinin məsələhətçisi Anton Geraşenko deyib ki, əgər Arutyunyanın yarımadada olması sübuta yetirilsə, onunla bağlı fərqli qərar verilcək.

Qeyd edək ki, Kiyevdə baş tutacaq müsabiqənin yarımfinalı 9-11 may tarixlərində, final isə 13 mayda keçiriləcək. Artsvikin isə ilk yarımfinalda "Fly with me" (“Mənimlə uç”) mahnısını ifa edəcəyi bildirilirdi.

Ermənistan 9 mayda Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya, Avstraliya, Azərbaycan, Kipr, Sloveniya, Moldaviya, Çexiya, Latviya, İslandiya, Yunanıstan və Polşa ilə birgə çıxış etməli idi.

Tarix
2017.03.21 / 21:35
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla