Yuxarı

Kinoteatrlarımızın 31 Martda komediya faciəsi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 Mart Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Kult.az xəbər verir ki, Cinema Park kinoteatrları isə, deyəsən, bundan xəbərsizdir. Belə ki, “Bayram axşamı”, “Stalinin başı” kimi komediyalar bu gün də yayımlanacaq.

Xalqımızın yaşadığı ən böyük faciələrindən biri kimi tarixə düşən 31 mart günü “Cinema Plus”un repertuarında dəyişiklik edilməyib.

Kinoteatrların rəsmi internet səhifələrində yerləşdirilən afişalarda komediya janrında olan filmlər yer alsa da, bir neçə dəqiqə sonra aradan qaldırılırdı.

Məsələni dəqiqləşdirmək üçün “Cinema Plus”un Gənclik və “28 Moll” kinoteatrlarına zəng vurduq.

Operatorlar sözügedən komediyaların 18.30,19.20, 20.25, 21.45 radələrində yayımlanacağını açıqladı.

“Cinema Plus”un mətbuat katibi Nara Həsənova isə Kult.az-a açıqlamasında üç fərqli operatorun bilmədən “texniki” səhvə yol verdiyini və filmlərin yayımlanmayacağını dedi.

Tarix
2017.03.31 / 17:14
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla