Yuxarı

Əmir Teymurun inanılmaz taktikaları - Ankara döyüşü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmir Teymurun inanılmaz taktikaları -

Əmir Teymurun ordusu böyük savaşlara 500 min süvari, 1,5 milyon atla gedirdi. Sizcə, niyə atların sayı döyüşçülərin sayından 3 dəfə çox idi? Çünki böyük savaşlarda ildırımsürətli hücum üçün hər döyüşçü bir atdan deyil, üç atdan istifadə edirdi.

Kult.az xəbər verir ki, bu sözləri tanınmış tarixçi Güntay Gəncalp yazıb. O, Əmir Teymurla bağlı maraqlı məlumatları bölüşüb:

“Atlardan biri döyüşçünün və atların qida ehtiyatını daşıyırdı. Üçüncü at isə boş qaçırdı. Döyüşçünün atı yorulanda, o, vaxt itirmədən boş olan atın belinə minirdi. Yorğun at isə öz-özünə asta-asta dincəlirdi. Əmir Teymur Ankara döyüşünə də bu cür gəldi. Sultan Bəyazid Teymurun ordusunun Ankaraya 6 aya gələcəyini zənn edirdi. Lakin Teymur bu taktika ilə cəmi 3 aya Ankaraya çataraq, Osmanlı ordusunu qabaqladı. Bəyazid Teymurun gəlib çatdığına inanmamışdı.

Teymurun döyüşçüləri yeyəcəkləri əti atlarının ayaqlarının arasına yerləşdirirdilər. Kilometrlərlə qaçan atların ayaqlarının arasındakı ət yaranan istidən bişirdi və yeməyə hazır olurdu.

Əmir Teymur ölümünə görə iki planını həyata keçirə bilməyib. Bunlardan biri Çini, digəri isə İstanbulu ələ keçirmək idi. Hər iki hücumu İldırım Ordusu ilə həyata keçirməyi planlaşdırmışdı. Lakin o, Çinə hücum zamanı yolda öldü”.

Qeyd edək ki, 1402-ci ildə Osmanlı Sultanı İldırım Bəyazidlə Əmir Teymur arasında baş vermiş Ankara döyüşü orta əsrlər tarixinin ən qanlı savaşlarından biri kimi tarixə damğa vurub. Türk dünyasına qara ləkə kimi düşən döyüş osmanlıların məğlubiyyəti ilə başa çatıb.

Tarix
2017.07.12 / 08:15
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla