Yuxarı

Bakının bu sakinlərini Şah idarə edəcək - Maraqlı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı xalqımızın ən qiymətli milli-mənəvi dəyərlərindən biridir. Hər bölgənin özünəməxsus şəkildə qeyd etdiyi bu bayramda icra edilən oyun və mərasimlər bu gün də öz aktivliyini qoruyur.

Bu sözləri Kult.az-a araşdırmaçı-ekspert Rəsul Mirhəşimli Novruz bayramı ilə bağlı keçirilən maraqlı mərasimlər haqda danışarkən deyib. O bildirib ki, bayramın ən maraqlı mərasimlərindən biri “Şah oyunu”dur:

“İlin axır çərşənbəsində bir nəfər şah elan olunur, orta əsr etnoqrafiyasına uyğun geyimdə “taxta çıxardı”. Bayram günlərində rayonda bütün səlahiyyətlər şaha verilirdi. Rayonun vəzifəli şəxsləri Şahın fərmanı ilə meydana gətirilirdi. Bu adamlardan toplanan ianələr xəzinəyə yığılar və rayonun imkansız adamlarına yardımlar edilər, xarab olan yollar və körpülər təmir edilərdi. Novruz bayramında elan olunan Şah da Hz. Əlinin (ə) ədalət və səxavətini simvolizə etməyə çalışırdı. Bu adət əsasən Qubadlı rayonunun mərkəzində, rayonun Qəzyan, Xanlıq kəndlərində, həmçinin Cəbrayıl rayonunda geniş yayılmışdı. Hazırda Sumqayıtda və Bakıda yaşayan Qubadlı rayonunun Dəmirçilər kəndinin sakinləri bu mərasimi qoruyub saxlayırlar. Onlar bu mərasimə ziyalıları və rayondan tanınmış adamları dəvət edirlər”.

Novruz bayramı ilə bağlı olan belə maraqlı mərasimlərdən biri də Naxçıvanda həyata keçirilir. Belə ki, Ordubad rayonunda bayram ərəfəsində “Xan bəzəmə” adlı oyun zamanı bir nəfər Xan seçilir və o, üç gün əsl Xan kimi geyindirilir, başına tac qoyulur. Meydanda hündür bir taxt düzəldib Xanı ora dəvət edirlər. Bu Xanı iki balaca uşaq yelpiklə yelləyir. Kim istəyir, könüllü ona qulluqçu olur. Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. Xanın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər. Xanın əmrinə hamı tabe olur. Hərə öz qabiliyyətini nümayiş etdirir. Arada təlxəklər gəlib Xanı güldürməyə çalışır. Xan isə gərək ciddiliyini qorusun, gülməsin. Əgər gülsə, onu hovuzdakı suya basırlar, sonra təzə Xan seçirlər. Meydanda bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər Xan üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatır.

Qazaxda da Novruz bayramında rayon sakinləri maraqlı mərasimlər keçirirlər. Bu mərasimlərdən biri Yuxarı Salahlı kəndində geniş yayılan gənclərin sevdikləri qız üçün qadın paltarı geyinməsi mərasimidir. Belə ki, rayonun gənc oğlanları qadın paltarları geyinib, küçə-küçə gəzib, kənd sakinlərini əyləndirirlər. Qadın paltarı geyinən gənclərin əsas məqsədi isə öz sevdiyi qızın evinə qonaq getməkdir. Qadın geyimində olan bu oğlanların kimliyini yalnız onların öz sevgililəri bilirlər.

Gənclərin qadın kimi bəzədilməsinə isə onların öz ailə üzvləri kömək edirlər.

Qeyd: Rəsul Mirhəşimli Qubadlıda keçirilən “Şah oyunu” zamanı çəkilmiş fotolardan birini bizə təqdim edib.

Tarix
2018.03.20 / 01:41
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla