Yuxarı

Alim Qasımovdan möhtəşəm layihə - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alim Qasımovdan möhtəşəm layihə - Foto

Bəstəkar Tural Bakuvi və müğənni Ramal Rəsul Xalq artisti, muğam ustası Alim Qasımovla iş birliyinə başlayıb.

Yeni layihənin yaxın müddətdə tam hazır olacağını bildirən sənətçilər sözügedən mahnının indiyə qədər işlənmiş digər proyektlərdən tam fərqli olduğunu iddiasındadırlar.

Sözləri Elxan Cəfərliyə aid mahnının bəstəkarı Tural Bakuvi Axar.az-a açıqlamasında böyük sənətkar Alim Qasımovla işləyəcəklərindən dolayı fəxr etdiyini və yeni mahnının çox seviləcəyinə əmin olduğunu bildirib:

"Həqiqətən möhtəşəm proyektdir. Adı "Dünya"dır. Musiqisi mənə, sözləri Elxan Cəfərliyə aiddir. Mahnı etno-rok üslubundadır. İstedadlı gənc ifaçı Ramal Rəsul və Alim müəllimin dueti şəklindədir. Proektin işləri demək olar ki, tamamlanıb və yaxın bir-iki həftə ərzində dinləyicilərin ixtiyarında olacaq. Bu arada hər kəs bilir ki, Azərbaycanda alternativ-etno-rok janrının banisi bizik və düşünürəm ki bu iş bizdə kifayət qədər uğurlu alınır".

Alim Qasımovla duet oxuyacaq müğənni Ramal Rəsul isə öz növbəsində bildirib ki, Azərbaycan muğam sənətinin zirvəsi Alim Qasımovla duet oxumaq onun üçün şərəfdir:

"Bu proyektin uğurunun səbəblərindən biri də odur ki, orada muğam sənətimizin canlı əfsanəsi Alim Qasımovun səsi var. Mən bu proyekti konkret bir musiqi janrına aid etməzdim, mahnı muğam, estrada və alternativ-hard-etno rok üslublarının sintezidir.

Bu proyekti məzmun baxımından Xalq artisti Flora xanım Kərimova ilə ifa etdiyim "Bağışla", eyni zamanda solo oxuduğum "Tənha Gecələr" mahnılarının davamı da sayıla bilər. Və qeyd edim ki, sadaladığım mahnıların hər birinin sözləri və musiqisi Bakuviyə aiddir".

Muğam ustası Alim Qasımov da Axar.az-a gənclərin layihəsində iştirakından danışıb:

"Əlimdən gələn köməyi heç vaxt gənclərdən əsirgəmirəm. Sentyabrın 20-dən sonra işə başlayacağıq. Ümid edirəm ki, cəmiyyət üçün maraqlı bir layihə olacaq".

Tarix
2014.09.14 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı açıqlama

Bakıya gələn ermənilərin adları açıqlandı - Foto

Tokayev İlham Əliyevə təşəkkür etdi

Azərbaycanlı ilə eşq yaşayan erməni konsuldan yeni xəbər

Bakıda D-8 Media Forumunun keçirilməsi bunu təsdiqləyir

Astana Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açır

Prezidentin müraciəti BMT sənədi kimi yayıldı

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla