Yuxarı

Qədim Roma dövrünə aid kitabxana aşkar edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada avtomobil saxlama meydançalarından birində aparılan qazıntılar zamanı qədim Roma dövrünə aid kitabxana aşkar edilib.

Kult.az xəbər verir ki, Almaniyanın Köln şəhərinin mərkəzində yerləşən bu kitabxana Roma imperiyasının şimal-qərb əyalətlərinin ən qədim kitabxanası hesab olunur. Qədim tikilinin divarlarında 20 min papirus saxlanması üçün oyuqlar mövcuddur.

Köln şəhərinin əsası eramızın 50-ci ilində romalılar tərəfindən qoyulub. O zaman Roma imperiyasının bu əyaləti “Germania” adlanırdı. Arxeoloqların qənaətinə görə, kitabxana eramızın II əsrində - müasir Türkiyə ərazisində yerləşən Efes kitabxanası ilə eyni vaxtda tikilib. Kölndəki Roma Muzeyinin əməkdaşı Dirk Şmit bildirib ki, hər iki kitabxananın binası ictimai mərkəz kimi də istifadə olunub. Belə ki, imperiyanın bu əyalətlərdəki hakimiyyət nümayəndələri burada mütaliə ilə yanaşı, məsləhətləşmələr də aparıblar.

Bu tapıntının qiymətli olduğunu nəzərə alan yerli hökumət avtomobil parkının yenidən qurulması zamanı onun qorunması üzrə layihə hazırlayıb. Belə ki, qazılmış ərazinin üzəri xüsusi şüşə ilə örtüləcək və buraya gələnlər yuxarıdan qədim kitabxananın qalıqlarını görə biləcəklər.

Tarix
2018.08.09 / 01:42
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla