Yuxarı

Sibel Canın mahnısı plagiat çıxdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sibel Canın mahnısı plagiat çıxdı

Bəstəkar Cavit Dəringölün qızı Ahu Payız mahnının 2008-ci ildə həyatını itirən atasına aid olduğu iddia edib.

Sibel Canın oxuduğu mahnı haqqında İstanbul Respublika Baş Prokurorluğuna müraciət edən Payız ərizəsində müəllif hüquqlarının qorunmasını tələb edib.

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, artıq Sibel Can məsələyə münasibət bildirib. O bu cür vəfasızlıq etmədiyini dəfələrlə Türkiyə mətbuatına açıqlayıb:

"Bir musiqiçi qızı olaraq belə bir vəfasızlıq edə bilmərəm. Mənim üçün hər mahnı çox əhəmiyyətlidir. Adımın belə bir hadisədə hallanması məni çox təəssüfləndirir. Hamı bilsin ki, mahnının bütün ödənişlərini etmişəm. Mən heç kimin haqqını yemərəm".

Qeyd edək ki, Türkiyə Prokurorluğunun apardığı araşdırmadan mahnının Cavit Deringölə aid olduğu aydın olub. Məsələ ilə əlaqədar olaraq mahnının hazırkı müəllifi kimi çıxış edən Naci Köçəndən təzminat ödənilməsi tələb olunub.

Tarix
2013.12.03 / 00:00
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla