Yuxarı

Xalq artistlərimiz Özbəkistanda

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr 26-da Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və dirijor, Xalq artisti Yalçın Adıgözəlov çıxış edəcəklər.

Axar.az xəbər verir ki, onları Özbəkistan Milli Simfonik Orkestri müşayiət edəcək.

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə təşkil olunacaq dostluq konserti Azərbaycan və Özbəkistanın müstəqilliklərinin əldə etmələrinin 23-cü ildönümünə həsr olunacaq.

Konsert proqramında Üzeyir Hacıbəyovun "Koroğlu" uvertürası, Soltan Hacıbəyovun "Karvan" simfonik əsəri, Qara Qarayevin "Yeddi gözəl" baletindən süita, Fikrət Əmirovun Azərbaycan kapriççiosu və başqa məşhur əsərlər ifa olunacaq. Konsert proqramında azərbaycanlı musiqi ustaları Azərbaycan əsərləri ilə yanaşı "İstədim" Özbək vokal simfonik əsərini Özbəkistanın Xalq artisti Əvəz Rəcəbovla birgə ifa edəcəklər.

Tarix
2014.10.24 / 16:27
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla