Yuxarı

Əməkdar rəssamın 70 illik yubiley sərgisi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əməkdar rəssamın 70 illik yubiley sərgisi

Dekabrın 9-13 tarixləri arası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Milli İncəsənət Muzeyində Əməkdar rəssam Siruz Mirzəzadənin 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçiriləcək.

Axar.az xəbər verir ki, sərginin açılışı bu gün saat 17:00-da olacaq.

Xatırladaq ki, S.Mirzəzadə 1944-cü ildə Bakıda anadan olub. 1966-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1972-ci ildə Moskva Ali rəssamlıq məktəbini bitirib. 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. Yaradıcılığa 1970-ci illərdən başlayan rəssam istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində fəal işləyir və bu iki fəaliyyət sferaları onun yaradıcılığında vəhdət təşkil edir. Əməkdar rəssam S.Mirzəzadə Azərbaycan rəngkarlıq məktəbinin tanınmış nümayəndəsi kimi müasir təsviri sənətimizin zənginləşməsində xüsusi payı və xidmətləri olan rəssamlardandır. S.Mirzəzadə öz yaradıcılığında ənənə ilə müasirliyin, milli bədii təfəkkürlə beynəlmiləl bədii düşüncə tərzinin maraqlı sintezini yaradıb.

Rəssam 1996-cı ildə Humay mükafatına, 2002-ci ildə isə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.

Əsərləri Azərbaycan, Rusiya, İran, Türkiyə, Almaniya, Hollandiya, Norveç, Fransa, Kuba, Ruminiya, Bolqarıstan, Macarıstan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ, İtaliyada nümayiş etdirilib. Onun əsərləri muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Tarix
2014.12.09 / 16:59
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla