Yuxarı

Leyla Əliyeva "SABAH-ın məzunuyam” adlı tədbirdə - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 5-də “Mən SABAH-ın məzunuyam” adlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Əvvəlcə Leyla Əliyeva, Təhsil naziri Ceyhun Bayramov və iştirakçılar “Mən SABAH-ın məzunuyam” adlı sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ali təhsil sistemində inkişaf göstəricilərinin daha da yüksəldilməsi istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. SABAH layihəsinin əhəmiyyətini vurğulayan nazir qeyd edib ki, 2014-2015-ci tədris ilində 755 tələbənin iştirakı ilə başlayan layihə hazırda 2300-dən çox tələbəni əhatə edir. Bu gün elmi-pedaqoji mühiti, müasir maddi-texniki bazası olan 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə SABAH qrupları fəaliyyət göstərir. SABAH layihəsinin əsas şüarı - savadlı, bacarıqlı və hazırlıqlı – Azərbaycan tələbələrinin qarşısına qoyulan məqsədi ifadə edir. SABAH layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, məhz Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış təhsil modelidir.

Son illərdə aparılmış çoxşaxəli təhsil islahatlarını diqqətə çatdıran nazir C.Bayramov ölkəmizdə gənclərin keyfiyyətli təhsil almaları üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, SABAH qrupları da bu islahatlar arasında əhəmiyyətli yer tutur.

Müasir dünyada elmin, təhsilin mühüm rolundan bəhs edən C.Bayramov ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Nazir məzunların doğma Azərbaycanın davamlı inkişafına töhfə verəcəklərinə əminliyini bildirib. Təhsil naziri SABAH məzunlarının uğurlu fəaliyyətinə toxunaraq bir daha bütün məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzu edib.

Mərasimdə rəmzi SABAH açarı III kurs tələbələrinə verilib.

Sonda SABAH qruplarının himni səsləndirilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.

2018-2019-cu tədris ilində 701 SABAH məzunu təhsilini başa vurur.

Tarix
2019.07.06 / 20:45
Müəllif
Kult.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla