Yuxarı

“Çölçü” Hindistana yola düşür

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kinorejissor Şamil Əliyevin "Çölçü" bədii filmi daha iki beynəlxalq festivalın əsas müsabiqəsində iştirak edəcək.

Filmin rejissorunun Axar.az-a verdiyi məlumata görə, fevralın 7-dən 14-dək Hindistanda keçiriləcək II Noida beynəlxalq film festivalında (II Noida International Film Festival)"Çölçü" ən yaxşı bədii film, rejissor, ssenarist, operator, aktyor və digər nominasiyalarda yarışacaq.

"Çölçü" filmi həmçinin martın 6-dan 15-dək Avstraliyanın Bayron Bey şəhərində keçiriləcək IX beynəlxalq kinofestivalın (Bayron Bay International Film Festival) proqramında yer alıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Qeyd edək ki, filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub. İndiyədək 20-dən çox beynəlxalq kinofestival və forumlarda iştirak edən ekran əsəri müxtəlif mükafatlara layiq görülüb.

Tarix
2015.01.28 / 23:27
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla