Yuxarı

Orxan Vəlinin “itkin” şeiri çap edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsr türk ədəbiyyatının ən görkəmli simalarından biri hesab edilən Orxan Vəli Kanıkın heç bir kitabında olmayan "Ölümüm" adlı şeiri illər sonra ilk dəfə çap edilib.

Axar.az xəbər verir ki, şairin "Ölümüm" şeiri "Körpü" adlı sənət qəzetində yayımlanmasından düz 60 il sonra "Varlıq" jurnalının yanvar nömrəsində yenidən oxuculara təqdim edilib.

Bu şeir Orxan Vəlinin ölümündən səkkiz il sonra "Körpü" qəzetinin 1958-ci il 1 dekabr tarixli beşinci sayının ikinci səhifəsində Tarık Ərmanın "Ölənlər – Qalanlar" başlıqlı yazısı içində "Orxan Vəlinin ildönümü ilə əlaqədar indiyə qədər heç yerdə yayımlanmayan bir şeirini təqdim edirik" yarımbaşlığı ilə çıxıb.

Qeyd edək ki, bu şeir Orxan Vəlinin 2014-cü ildə "Bütün şeirləri" adlı kitabında "Kitablarında olmayan son şeirləri" başlığı altında toplanan şeirləri arasında da yoxdur.

Şeiri bu linkdən oxuya bilərsiniz: http://kitap.radikal.com.tr/makale/haber/orhan-velinin-kayip-siiri-414813

Tarix
2015.01.29 / 01:25
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla