Yuxarı

AzTV rəhbəri xalq artistlərinə: Yaxın günlərdə...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzTV rəhbəri xalq artistlərinə: Yaxın günlərdə...

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyəti yanında Bədii Şuranın növbəti toplantısı keçirilib.

Kult.az Musavat.com-a istinadən xəbər verir ki, iclasda QSC sədri Rövşən Məmmədov çıxış edərək bu il görüləcək işlər və gözləntilər barədə danışıb. Sədr qeyd edib ki, artıq bu il İdman TV-nin səhər proqramı efirə çıxacaq və bununla hər üç (AzTV, Mədəniyyət TV və İdman TV) kanalın ayrıca səhər proqramı olacaq.

Mədəniyyət TV-nin səhər studiyasının yenidən tikildiyini deyən Rövşən Məmmədov bildirib: “Bu il AzTV-də yeni, daha maraqlı və daha dinamik verilişlər görəcəksiniz. İl ərzində daha bir neçə yeni studiyanın tikilməsi planlaşdırılır. Verilişlər arasında rəqabət müşahidə olunur. Eyni zamanda, “Hüquq və mən”, “Baku s Nadejdoy” kimi verilişlərin çəkilişləri artıq başlanıb və yaxın günlərdə yayımlanması planlaşdırılır”.

İclasda Şura üzvləri - Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Ramiz Quliyev, Xalq artisti Faiq Sücəddinov, Xalq artisti Mənsum İbrahimov, professor Ceyran Mahmudova, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova və digərləri danışaraq fikir və təkliflərini bildiriblər. Bədii Şura üzvləri Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər.

Həmçinin qərara alınıb ki, Bədii Şura bölgələrdə də bu il bir qədər fərqli formatda ictimaiyyətlə görüşlər keçirsin. Bu il ilk görüş yeri olaraq Sumqayıt şəhəri seçilib.

Tarix
2020.01.13 / 21:09
Müəllif
Kult.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla