Yuxarı

Naxçıvanın füsunkar qar mənzərəsi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanın füsunkar qar mənzərəsi - Foto

Təbiətin və insan əlinin yaratdığı möcüzə olan Naxçıvan özünün füsunkar qış mənzərələri ilə bura gələn hər kəsi valeh edir. Səbəbi odur ki, qədimliyi və müasirliyi ilə diqqətləri cəlb edən bu oğuz yurdu ağ örpəyə bürünəndə, sanki onun gözəlliyi, cazibəsi daha da artır. Bir vaxtlar qış fəsli sakinlərin gündəlik həyatı üçün ciddi çətinliklərlə yadda qalırdısa, bu gün biz onun tam əksini müşahidə edirik.

Fevralın 9-da Naxçıvanda qeyd edilən Xıdır Nəbi bayramında yağan qar isə bu yurda xeyir-bərəkət gətirib. İndi hər kəs başdan-başa ağ örpəyə bürünmüş Naxçıvanı obyektivin yaddaşına köçürür, muxtar respublikanın turizm məkanlarına səyahət edir.

Şahbuzun dağlar gözəli Batabatından, Ağbulaqdakı Xizək Mərkəzindən, Ordubadın Göygölündən tutmuş Naxçıvan şəhərinə, Duzdağa qədər, oradan da Şərurun bərəkətli torpaqlarına uzanan geniş ərazidə saf ekoloji mühit, füsunkar gözəllik insanlarda zəngin təəssürat yaradır. Bütün bunlar Naxçıvanın “qış sərvətidir”. Ondan bəhrələnmək, təbiətin qoynunda rahatlıq tapmaq, gözəlliklərdən zövq almaq, qonaqpərvərlik görmək üçün isə bu gözəl məkana gəlmək kifayət edər.

Kult.az Azərtac-a istinadən Naxçıvanın füsunkar qış mənzərələrini əks etdirən fotoları təqdim edir:

Tarix
2020.02.10 / 16:24
Müəllif
Kult.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla