Yuxarı

Kubertenin əlyazması Lozanna muzeyində

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kubertenin əlyazması Lozanna muzeyində

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Tomas Bax müasir olimpizmin banisi Pyer de Kubertenin əlyazmasını Lozanna muzeyinə təqdim etdiyi üçün Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) prezidenti Əlişir Usmanova təşəkkür edib.

Kult.az xəbər verir ki, T.Bax deyib: “Bu gün burada tarixin günün şahidi oluruq. Bu, bizim üçün çox qiymətli hədiyyədir. Müasir olimpizmin əsasını qoyan fransız baron de Kubertenin əlyazması Olimpiya Hərəkatının fəlsəfi əsaslarını qoyan bir tarixi sənəd kimi Lozanna muzeyinə təqdim edilib. Çox şadıq ki, sayənizdə bütün Olimpiya Hərəkatı üçün mühüm bu sənəd aid olduğu yerdədir”.

Pyer de Kuberten Ailə Assosiasiyasının prezidenti Aleksandra da Navasel Kuberten də öz növbəsində Ə.Osmanova ailəsi adından minnətdarlığını ifadə edib.

“Pyer de Kuberten nəinki, bizim ailənin, Fransanın, eləcə də bütün dünyanın fəxridir. Bu insan uzun illər bundan əvvəl idmanın dünyanı dəyişə biləcəyini və Olimpiya oyunlarının sülh məramı baxımından nə qədər böyük bir güc olduğunu deyirdi. Bizim ailəmiz inanır ki, BOK Kubertenin irsini, ideyalarını hər zaman davam etdirəcək. Nəslimizə duygusal anlar yaşatdığı üçün səbəbkara təşəkkür edirəm”, – deyə xanım Navasel Kuberten bildirib.

Qeyd edək ki, Baron Pyer de Kuberten 1863-cü il yanvarın 1-də Fransada anadan olub. Olimpizm ideallarının tərənnümçüsü 1937-ci il sentyabrın 2-də Cenevrədə vəfat edib. O, Cenevrədə dəfn edilsə də, ürəyi isə Olimpiya oyunlarının vətəni Yunanıstanda basdırılıb.

Tarix
2020.02.12 / 00:17
Müəllif
Kult.az
Digər xəbərlər

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi

Faiq Əliyev barəsində çıxarılan hökm ləğv edildi

Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında - Foto

Karapetyan İsmayılovun restoranında 2 milyon xərclədi

Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident

Vaxtilə stadionda "Qarabağ Ermənistandır" deyənlər... - Əliyev

Sandu İlham Əliyevi təbrik etdi

İlham Əliyev Qırğızıstana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla