Yuxarı

İŞİD Azərbaycanda necə bitirildi? - Təfərrüat

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD Azərbaycanda necə bitirildi? - Təfərrüat

Azərbaycandan "İslam xilafəti"nə qoşulanların sayında kəskin azalma müşahidə olunur. Ölkədən Suriyada və İraqda qanunsuz hərbi birləşmələrdə iştirak etməyə gedənlərin qarşısı alınmaqdadır.

Axar.az xəbər verir ki, bir neçə ay əvvəl müşahidə olunan tendensiya səngiyib. Hüquq-mühafizə orqanlarının keçirdiyi ardıcıl əməliyyatlar, ibadət evlərinin nəzarətə götürülməsi və sərhədi keçənlərin ciddi şəkildə yoxlanılması bu prosesin qarşısını əhəmiyyətli dərəcədə alıb.

İraq və Suriyanın bir neçə şəhərlərini zəbt edərək özünü "İslam dövləti" elan edən terror təşkilatında yüzlərlə azərbaycanlının döyüşdüyü bildirilirdi. Onların arasında xeyli sayda həlak olanlar var. Son aylarda isə ailəvi şəkildə İŞİD-ə qatılanların olması xüsusi xidmət orqanlarını hərəkətə keçirib. Sonuncu dəfə Şəkidən üç uşağı ilə birlikdə Suriyaya gedən ananın hadisəsi ciddi siqnal olub.

Terror qruplaşmalarına qoşulan azərbaycanlı radikal təriqət üzvlərinin sayının azalması son çıxışlardan sonra müşahidə edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlının bu mövzuda ardıcıl bəyanatları, radikal qüvvələrin iqtisadi bazalarının məhv ediləcəyi haqda çıxışları icra olunmaqdadır. Komitə sədri son açıqlamasında Azərbaycandan İŞİD-ə qoşulanların sayının sıfıra endiyini açıqlayıb.

Tarix
2015.02.27 / 00:22
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla