Yuxarı

Ermənistanda 3 milyon nəfər bu virusa yoluxub

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel döyüşlərinin növbəti ildönümündə bir daha gördük ki, Ermənistan ictimaiyyətində həmin savaşla bağlı ciddi travmalar hələ də qalmaqdadır. Həm də onu gördük ki, ədalətsiz zəmində keçən Qarabağ müharibəsindən 25 il ötsə də, ermənilər zərrəcə dəyişməyiblər: yenə eyni vəhşiliyi, qəddarlığı etmək potensialına sahibdirlər.

Ancaq artıq dünya o dünya deyil: indi erməni hərbi birləşmələrini qısa bir müddətdə darmadağın edə biləcək Azərbaycan Ordusu var.

Aprel savaşında ermənilərin keçilməz dedikləri “Ohanyan xətti”ni cəmi 6-7 dəqiqəyə keçməyimiz buna kiçik bir nümunədir.

Gəlim əsas mətləbə. Bir qədər əvvəl erməni mediasında belə bir xəbər tirajlandı: Aprel döyüşlərində ölən erməni əsgərin anası dedi ki, İrəvan tərəfdən bu döyüşlərin günahkarı olanlar məsuliyyətə cəlb edilməlidir. Onu da əlavə etdi ki, həmin şəxsləri benzin töküb yandırmağa, əsgər oğlunun məzarında başlarını kəsməyə hazırdır.

Bu iki cəza növü sizə tanış gəldimi? Bu, ermənilərin daim təbliğ etdikləri, uşaqlarının belə başına yeritdikləri edam növüdür. Görün bu təbliğat nə qədər güclüdür ki, hətta arvadları da bunu etməyə hazırdırlar. Özü də nəinki yad millətə, hətta özününkülərə də!

Bu, Ermənistanın böyük kəsiminin, təxminən 95 faizinin yoluxduğu dəhşətli “virus”dur. Bəzi qadın hökmdarların amansız cəza üsullarına əl atmasına orta əsrlərdə, antik dövrlərdə rast gəlmişik. Amma hazırda dünya sivilləşib və bu tip aktlara yol verən şəxslərin bir adı var – terrorçu.

Ermənistan ictimaiyyəti terrorçu zehniyyəti ilə böyüyüb.

Açığı, dünyanın bəxti gətirib ki, ermənilərin əlinə böyük güc düşməyib. Yoxsa onlar bu terrorçu zehniyyəti ilə Rusiyanın da, İranın da, hətta bəlkə Madaqaskarın, Zelandiyanın da torpaqlarına göz dikmişdilər - necə ki, Azərbaycanın, Türkiyənin, Gürcüstanın əzəli torpaqlarına göz dikiblər.

Hazırda Ermənistan da koronavirusla əlləşir, orada minə yaxın insan bu virusa yoluxub. Ancaq təxminən 3 milyona yaxın erməni başqa bir “virus”un daşıycısıdır. Bu “virus”un nə olduğunu erməni qadının yuxarıdakı sözlərinə baxaraq, təyin edə bilərsiniz. Azərbaycan ictimaiyyəti isə hazırda bir şeyi - Ordunun hərəkətə keçib, “virus”a yoluxmuş ermənilərin ayağını işğal edilmiş torpaqlarımızdan, Qarabağdan kəsməyini gözləyir.

Tarix
2020.04.08 / 01:01
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla