Yuxarı

İTV koronaya görə efir vaxtlarında dəyişiklik etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İTV koronaya görə efir vaxtlarında dəyişiklik etdi

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində pandemiya səbəbilə kütləvi tədbirlərin təxirə salınması və ya vaxtının dəyişdirilməsi çağırışına əsasən, İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra layihələrin efir vaxtlarında dəyişiklik edib.

Bu barədə Kult.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat katibi Aynurə Asimqızı deyib. O bildirib ki, İTV-nin sevilən mahnı müsabiqəsi "Səs Uşaqlar" layihəsinin aprel ayında canlı olaraq yayımlanması nəzərdə tutulan final turunun da vaxtı sosial izolyasiya tədbirləri ilə bağlı dəyişdirilib:

"Final mərhələsi yaxınlaşdığı üçün yüzlərlə musiqi həvəskarı "Səs Uşaqlar" şousunda tamaşaçı qismində iştirak etmək üçün kanala müraciətlər edib. Lakin ölkədə aparılan sosial izolyasiya tədbirləri ilə bağlı insanların sağlamlığını düşünərək qurum rəhbərliyi tərəfindən kütləvi auditoriyalı verilişlərin format və vaxtlarında dəyişiklik edilib. Final mərhələsinin keçirilmə tarixi karantin rejimi ləğv edildikdən sonra təyin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək".

Tarix
2020.04.10 / 20:18
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla